22.11.2024, 21:24
AZ EN
08.08.2023, 19:11 228

Bir qrup erməni vətəndaşın Laçın sərhəd məntəqəsindən keçərək Xankəndiyə gəlməsinə şərait yaradılıb

XƏBƏRLƏR
  • Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xan Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

Avqustun 8-də bir qrup erməni sakin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistandan Xankəndi istiqamətində hərəkət edib.

Erməni əsilli Azərbaycan vətəndaşlarının sənədləri keçid məntəqəsində prosedura uyğun yoxlanılaraq rəsmiləşdirilib.

Sakinlərlə yanaşı, BQXK-nın avtomobillərində dərmanlar, tibbi ləvazimatlar və digər zəruri malların keçidi üçün də şərait yaradılıb.(APA)

Oxşar xəbərlər