22.12.2024, 15:42
AZ EN
27.04.2023, 12:08 209

Erməni ordusu biznes alətinə çevrilib

XƏBƏRLƏR
  • "Hraparak"ın paylaşdığı xəbərlər sırasında Vaxtanq Siradeğyanın adını başlığa çıxardığımız məqaləsi bir sıra nüansları ilə diqqət çəkəndir.

O, yazır ki, müstəqillik illərindən bəri dünyadakı ordular barədə tanınan məqalələrlə daim maraqlanıb. İsrail ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasət nəticəsində özünü nəinki müdafiə edəcək, həmçinin başqa ordulara güclü zərbə endirəcək hərbi qurumlar yarada bilib.

Digər dövlətlərin, o cümlədən Türkiyənin də güclü orduya malik olduğunu vurğulayan Siradeğyan Ermənistanın bu sahədə də çox geridə qaldığını açıqlayıb.

Bildirib ki, bütün iqtidarlar orduya xüsusi qayğı göstərdiklərini bəyan etsələr də, bu 3 onillik ərzində Ermənistan ordusunda korrupsiya ilbəil genişlənərək həm generalların, həm də hakimiyyətin ayrı-ayrı nümayəndələrinin qeyri-qanuni biznes sahəsinə çevrilib. "Bu xaricdən silah alınması kimi vacib proseslərdə də özünə möhkəm yer tutub", - deyə Siradeğyan erməni ordusunun indi də biznes aləti olduğunu, ona görə də Azərbaycan Ordusu tərəfindən daim əzildiyini vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər