Nazirlik həmçinin hazırda Livanda yaşayan Ermənistan Respublikası vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalmış bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə çağırıb.
Mövcud vəziyyətlə bağlı yaranan problemlər zamanı Ermənistan Respublikasının vətəndaşlarına ölkənin Livandakı səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunub. (APA)