24.12.2024, 04:34
AZ EN
24.07.2024, 14:19 301

Türkiyədəki fransız məktəbləri qanundankənar sayıla bilər

XƏBƏRLƏR
  • Türkiyədə fəaliyyət göstərən fransız məktəbləri qanundankənar sayıla bilər.

Bu barədə Türkiyənin təhsil naziri Yusif Tekin jurnalistlərə açıqlamasında deyib.

O, ölkədəki fransız məktəblərini öz fəaliyyətlərini ölkənin qanunvericiliyinə uyğunlaşdırmağa çağırıb:

“Əgər fransız məktəbləri işlərini qanunverciliyə uyğun qaydada qursalar, fəaliyyətlərini davam etdirə biləcəklər, əks halda isə etibarsız sayılacaqlar”.

Nazir bildirib ki, Türkiyə bu məktəblərin hüquqi status əldə etmələri üçün müvafiq beynəlxalq müqavilələr imzalanmalıdır: “Fransa ilə müzakirələrimiz davam edir”. (Report)

Oxşar xəbərlər