"Hraparak" Ermənistan daxili işlər nazirliyinə göndərdiyi sorğuya aldığı cavaba əsaslanaraq yazıb ki, dünən saat 11-də Noyemberyan inzibati rayonunun mərkəzindəki "Hovnar" marketin önünə toplaşaraq yolu bağlayanlardan 5 nəfər saxlanılaraq həbs ediliblər. Həmin gün saat 12.10-da isə "UAZ" markalı maşınla yolukeçmək istəyən sürücü aksiyaçılar tərəfindən döyülüb və maşınına xeyli ziyan vurulub. Hazırda olayla bağlı istintaq aparılır. Sözügedən mənbə onu da xatırladıb ki, Əskiparadakı olay zamanı hökumət qüvvələrinə tabe olmaq istəməyən "döyüş qardaşlığı" radikal birliyinin 7 fəalı saxlanılıb və onlardan birinə cinayət işi açılıb.
İstintaq əməliyyat tədbirləri bu gün də davam edib.
N.Qaramanlı