20.10.2024, 02:18
AZ EN
24.07.2024, 11:52 195

Haylar Azərbaycanın qüdrətindən vahimələnirlər

XƏBƏRLƏR
  • Azərbaycanın dünyanın sözü keçərli dövlətləri sırasında olması, beynəlxalq təşkilatlarda öz mövqeyini şərəflə nümayiş etdirməsi dostların sevincinə, düşmənlərin başağrısına çevrilib. Bu, politoloq Ara Poğosyanın "Hraparak"ın müxbiri Hayka Aloyana verdiyi müsahibədən də aydın görünür.

Politoloq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycanın hər bir istəyini yerinə yetirməyə vərdiş etməkdədir. Qərbdəki bəzi dairələr Ermənistanı dəstəkləmək barədə bəyanatlar səsləndirsələr də həlledici məqamda  Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcbur olurlar. Bu məsələ də həm Azərbaycanın düzgün xarici siyasətinin və daxildəki sabitliyin başlıca rol oynadığını vurğulayan politoloq xatırladıb ki, Ermənistanda daxili sabitlik də yoxdur və ölkənin hər yerində hakimiyyətə qarşı aksiyalar səngimir.

Azərbaycanı Fransadakı iğtişaşların müəllifi hesab edən A.Poğosyan belə davam edərsə, Fransanın  Ermənistana münasibətinin xeyli dəyişə biləcəyinə də diqqət çəkib. Vurğulayıb ki, Makron hakimiyyətdən gedəndən sonra Azərbaycanla münasibətlərdə köklü dəyişiklik yaranması gözləniləndir. O, sonda bildirib ki, belə davam edərsə, ölkənin bir hissəsi də Azərbaycanın tərkibində olacaqdır.

N.Qaramanlı

Oxşar xəbərlər