- Ermənistan hökumətinin bugünkü iclasında da Azərbaycanın əleyhinə xeyli çərənlədikdən sonra xalqına humanist qayğılarını davam edəcəyini xüsusi vurğulayan baş nazir Nikol Paşinyan Vedibasar, Armavir, Dərələyəz və Zəngəzur vilayətlərində patrul xidməti aparan polislərə ehtiyat fondundan 1,5 milyon dram ayırıb. Bildirib ki, bu vəsait onların mənzil şəraitlərinin yaxşılaşdırılmasına, maşın və avadanlıqlar alınmasına xərclənəcək.
Xəbəri yayan "Lurer.com"un əməkdaşı əlavə edib ki, hakimiyyət xalqa deyil, özlərinə keşik çəkən polisə qayğını artırmaqla növbəti dividend üçün əsas yaradır.
Nəsib