Ermənistan mətbuatının xəbərinə görə, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya bildirib.
O deyib ki, ölkəsi rəsmi İrəvanın bu qərarına hörmətlə yanaşır.
“Ermənistan KTMT-nin üzvü olmaqda, bizim əlaqələrimiz isə möhkəmlənməkdə davam edir. Rusiyanın burada hərbi bazasının regiona sülh və sabitlik gətirəcəyinə dair arqumentlərin isbatı yoxdur”, deyə U. Zeya əlavə edib. (APA)