23.12.2024, 10:23
AZ EN
05.07.2024, 12:07 284

Paşinyan xaricdəki kilsələrə qarşı mübarizəyə başlayıb

XƏBƏRLƏR
  • "Hraparak" özünün hakimiyyətdəki mənbələrinə istinadən xəbər yayıb ki, baş nazir Nikol Paşinyan xarici ölkələrdəki erməni kilsələrinin rəhbərləri ilə ünsiyyəti dərinləşdirmək üçün xüsusi proqram hazırladıb və bu iş xaricdəki hay kilsələri ilə iş üzrə əlaqələndirici Zareh Simonyanı qəbul edərək ona xüsusi tapşırıqlar verib.

Xaricdəki nüfuzlu keşişlərin müxtəlif üsullardan istifadə edilməklə keşiş Bağratın hərakatına qarşı çıxmaları üçün xüsusi xidmət orqanlarının gücündən istifadə ediləcəyini bildirən agentlik daha sonra əlavə edib ki, diaspordakı kilsələr Ermənistanın bu günü və gələcəyi naminə Nikol Paşinyanı və komandasını deyil, "Vətən naminə Tauş" hərakatını və onun başçısı keşiş Bağratı dəstəkləyərək, bu daha ədalətli olar.

Baş nazirin tapşırıqlarını yerinə yetirmək üçün artıq xaricə səfərə hazırlaşan Zareh Simonyanın xarici kəşfiyyat xidmətində yüksək çinli zabit olduğunu da hakimiyyətdəki etibarlı mənbələrindən öyrəndiklərini üstüörtülü etiraf edən agentliyin gəldiyi qənaətə görə hakimiyyətin kilsəyə qarşı "verbovka" əməliyyatı hayların parçalanmasına gətirib çıxaracaq və bundan qazanan yenə Azərbaycan olacaq.

Mənalı proqnozdur. Təki belə olsun!

Nəsib Qaramanlı

Oxşar xəbərlər