22.11.2024, 23:15
AZ EN
25.06.2024, 09:00 187

Nikol Paşinyan təzə velosiped alıb

XƏBƏRLƏR
  • "Hraparak" bu gün xəbər yayıb ki, baş nazirin təhlükəsizlik xidmətinin rəisi Armen Qasparyan və bir neçə əməkdaş İrəvanın mərkəzindəki bahalı "Bianchi" velosiped mağazasına gələrək Nikol Paşinyan üçün velosiped seçiblər.

Daha sonra isə baş nazir özü oraya gəlib və pulu ödəyərək həmin velosipedi alıb. Agentlik əlavə edib ki, təhlükəsizlik xidmətinin əməkdaşları üçün alınan velosipedlərin haqqını isə hansısa özəl şirkət ödəyib. N.Paşinyanın velosiped həvəskarı olduğunu və tez-tez küçədə təkbaşına velosiped sürdüyünü, təhlükəsizlik əməkdaşlarının isə maşınla aralıdan onu müşayiət etdiyini xatırladan müxbir yazıb ki, bundan sonra onu maşından deyil, məhz velosiped sürə-sürə müşayiət edəcəklər.

Nikol Paşinyan təzə velosipedini sınaqdan keçirərkən onu velosipedçilər Federasiyasının prezidenti və bir neçə partiya yetkilisi də müşayiət ediblər.

Agentlik sonda xatırladıb ki, bundan sonra bir çox vəzifəli şəxsin də həmin velosipeddən alacağı istisna deyil.

Nəsib Qaramanlı

Oxşar xəbərlər