20.09.2024, 20:47
AZ EN
21.06.2024, 11:38 230

Keşiş yenə dinc durmur

XƏBƏRLƏR
  • Hökumət əleyhinə etiraz aksiyalarının heç bir nəticə vermədiyini, əksinə etirazçıların sayının getdikcə azaldığını etiraf edən keşiş Bağrat Qalustyan bu gün mətbuata açıqlama verərkən əlavə edib ki, Tauş vilayətində delimitasiya işlərinin vəziyyəti ilə yerində tanış olmaq üçün sözügedən əraziyə səfərə hazırlaşır.

Bu barədə məlumat verən "Hraparak"ın müxbiri Karen Martirosyan təəccüblə vurğulayıb ki, keşiş və ətrafının orada görəcəyi heç bir iş yoxdur. Bu sadəcə siyasi gedişdir və eyni zamanda iki ölkə arasındakı rəsmi razılaşmaya hansısa yolla maneə olmaqdan başqa bir şey deyil.

Xatırladaq ki, özünə Srpazan (müqəddəs) ləqəbi götürən bu keşiş Ermənistanda dini xadimləri tərəfindən idarə olunan hakimiyyət yaratmaq üçün hələ yanvarda müəyyən açıqlamalar vermişdi. Qazaxın kəndlərinin işğaldan azad edilməsindən sonra kütləvi etirazlara başlayanların “rəhbəri” seçilən Bağratın özünün  xarici qüvvələr tərəfindən idarə olunması barədə isə məhz erməni mətbuatında çoxsaylı xəbərlər yayılıb.

N.Qaramanlı

Oxşar xəbərlər