25.11.2024, 01:11
AZ EN
14.06.2024, 10:49 298

Nikol Paşinyan niyə küsüb?

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında çıxış edərkən daha çox müxalifət barədə danışsa da Belorus prezidenti Aleksandr Lukaşenkonun RF prezidenti Vladimir Putinlə söhbət zamanı Qafqazda sülh və sabitliyin önündə Azərbaycanın olduğunu vurğulamasına da xüsusi diqqət yetirib. O, açıqlayıb ki, Belarus prezidenti daim Azərbaycanın mövqeyini müdafiə edib və bunun səbəblərini də sadalayıb. Aleksandr Lukaşenkonun sözləri və mövqeyi ilə bundan sonra da barışmayacağını diqqətə çatdıran erməni baş nazir əminliklə deyib ki, nə qədər ki, A.Lukaşenko prezidentdir, o, Belarusa getməyəcək.

Göründüyü kimi, bu ifadə dövlət rəsmisinin deyil, məhz ərköyün uşağın təfəkkürünün məhsuludur.

Paşinyan daha sonra xüsusi vurğulayıb ki, Ermənistan KTMT-dan çıxmağın yollarını da artıq müəyyənləşdirib.

N.Qaramanlı

Oxşar xəbərlər