22.11.2024, 10:00
AZ EN
25.10.2023, 22:00 255

Paşinyan: Yaxın aylarda Bakı ilə sülh prosesinin nizamlanması nikbin görünür

XƏBƏRLƏR
  • Bakı ilə yaxın aylarda sülh prosesi istiqamətində nizamlanma nikbin görünür.

Bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib.

Bildirilib ki, erməni lider Rusiya ilə bağlı suallarda diqqəti daha çox münasibətlərdə uzun tarixə malik olan Türkiyə və Azərbaycana yönəldib.

"Regionun gələcəyi uzun müddətdir bağlı olan sərhədlərin və ticarət yollarının, o cümlədən Azərbaycanla Türkiyənin suverenliyinə hörmət şərti ilə Ermənistan ərazisindən keçən quru əlaqəsinin açılmasındadır", - deyə Paşinyan bildirib.

O bildirib ki, təhlükəsizlik təkcə ordunun köməyi ilə deyil, həm də bölgədə sülhün bərqərar olması ilə təmin edilməlidir.

"Biz ilk növbədə regional əlaqələri yaxşılaşdırmaq üçün çalışmalıyıq. Təhlükəsizlik münasibətlərinin şaxələndirilməsi “Qərb hərbi bazaları və silahlarına çağırış deyil” davamlı regional sülh istəyirik", - deyə Paşinyan bildirib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR