19.05.2024, 08:27
AZ EN
06.05.2024, 16:48 122

Macarıstan və Ermənistan səfirliklərin yenidən açılması barədə razılığa gəliblər

XƏBƏRLƏR
  • Ermənistan və Macarıstan yaxın vaxtlarda İrəvan və Budapeştdə səfirliklərin bərpası barədə razılığa gəliblər.

Ermənistan KİV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bildirib.

“Bu, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesində daha bir mühüm addım olacaq”, - Macarıstan XİN başçısı deyib.

O xatırladıb ki, Macarıstan və Ermənistan 10 illik fasilədən sonra 2022-ci ilin dekabrında diplomatik münasibətləri bərpa ediblər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Macarıstanda rəsmi səfərdədir. (Report)

Oxşar xəbərlər