bu barədə TASS agentliyinə müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.
KTMT-nin baş katibi deyib: “Həqiqətən, son vaxtlar İrəvan KTMT Katibliyinin işində iştirak etmir. Bu, Ermənistanın hazırkı mərhələdə verdiyi qərardır və beynəlxalq təşkilat olaraq, suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq...qeyd edim ki, Katibliyə İrəvandan təşkilata üzvlüyünü dayandırmaqla bağlı hər hansı rəsmi müraciət daxil olmayıb”.
İ.Tasmaqambetovun sözlərinə görə, KTMT-də “Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilata münasibətdə müxtəlif ssenarilərin reallaşdırılması perspektivlərinin ölçülüb-biçilmiş qiymətləndirilməsinə” ümid edirlər. O vurğulayıb ki, Ermənistan təşkilatın müttəfiqi olaraq qalır və mövcud olan bütün öhdəliklər qüvvədədir”. (AZƏRTAC)