27.07.2024, 09:25
AZ EN
11.06.2024, 14:55 229

Vitse-spiker: Rusiya XİN Ermənistanla münasibətlər kontekstində faydasız bəyanatlar verir

XƏBƏRLƏR
  • Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Ermənistanla münasibətlər kontekstində faydasız bəyanatlar verirlər.

"Armenpress" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri mütəmadi olaraq Ermənistan-Rusiya münasibətləri kontekstində müxtəlif faydasız bəyanatlar verirlər.

Rubinyan Ermənistan-Rusiya münasibətlərində açıq-aşkar problemlərin olduğunu hesab edir.
“İstək varsa, hər şeyin öhdəsindən gəlmək olar, amma öhdəsindən gəlmək özlüyündə son olmamalıdır, öhdəsindən gəlmək həm də problemlərin həllini nəzərdə tutur”, - Ermənistan parlamentinin vitse-spikeri əlavə edib. (APA)

Oxşar xəbərlər