10.10.2025, 01:10
AZ EN
01.05.2024, 13:03 317

Paşinyanın verdiyi vaxt bitir

XƏBƏRLƏR
  • "Hraparak" bildirir ki, baş nazir Nikol Paşinyan kiranslı kəndlilərə iki gün vaxt vermişdi ki, müqaviməti dayandırıb sərhədlərin delimitasiyası üçün yolu açsınlar. Əks halda güc tətbiq ediləcəkdir.

Bu gün N.Paşinyanın xəbərdarlığından 2 gün keçir və vaxt  tamam olduğuna görə tədbir görülməsinə ehtiyac yaranıb. Agentlik bu məsələ ilə bağlı əlavə edib ki, səhər tezdən polis rəisinin və silahlı qüvvələrin digər nümayəndələrinin kəndə gəlişi gözlənilsə də bu baş verməyib. Ehtimal olunur ki, sakinlər aksiyanı dayandırmasa axşamüstü kəndə xüsusi təyinatlılar göndəriləcək.

N.Qaramanlı

Oxşar xəbərlər