13.11.2024, 04:58
AZ EN
01.05.2024, 12:29 204

Ermənistan müflis ticarət obyektlərinə dönüb

XƏBƏRLƏR
  • Hüquq elmləri namizədi, dosent, "Demokratik həmrəylik" partiyasının üzvü Vahe Torisyan "Hraparak"ın müxbiri ilə müsahibəsində belə deyib.

Baş nazir Nikol Paşinyanın Tauş vilayətinin Kirans kəndində sakinlərlə görüşdə səsləndirdiyi fikirlərə münasibəti soruşulan zaman bir çox nüanslara ip ucu verən hüquq mütəxəssisi əlavə edib ki, Ermənistan etiraf etməsə də məğlub tərəfdir və qarşı tərəfin tələblərinə uyğun fəaliyyət göstərməyə məcburdur. Parlament, digər rəsmi qurumlar da analoji addım atmaqla gözlənilən təhlükənin qarşısını almağa yönəlib.

Hakimiyyətin konstitusiyada dəyişikliklər etmək istədiyi də bu hüquqşünas tərəfindən etirazla qarşılanıb. O, deyib: "Düşmən tərəfindən müxtəlif çağırışlar var. Bu yeni konstitusiyada hay dövlətçiliyinin montaj olunmasına, siyasi diversiya edilməsinə də gətirib çıxara bilər".

Dünyada baş verən siyasi reallıqda Ermənistanın öz yerini tutmamasını, başqalarının mənafeyinə uyğun fəaliyyət göstərməsini müflisləşmiş ticarət təşkilatı ilə eyniləşdirən V.Torosyan Rusiyapərəst 5-ci kalonun da ünvanına tənqidi fikirlər səsləndirib və müxalifətin getdikcə daha da zəiflədiyini vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər