Ermənistan ali məhkəməsinin sədri Karen Andreasyan özünün FB səhifəsində ölkədəki bütün hakimlərin bəyəndiyi və dəstəklədiyi paylaşım edib. O, yazıb ki, bu gündən bankların, vergi təşkilatlarının, energetika, su və telefon şəbəkəsi operatorlarının 2 milyon dramadək ödənilməmiş hesabları məhkəmədə deyil, qarşı tərəfin ərizəsi əsasında notarius məntəqələrində müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək. O daha sonra əlavə edib ki, bu məhkəmələrin yükünü 90 faizədək azaldacaq. Hazırda hakimlərin icraatında iki mindən dörd minədək belə iş olduğunu xatırladan ali məhkəmənin sədri əlavə edib ki, bu dəyişiklikdən sonra inkişaf etmiş Avropa ölkələrində olduğu kimi hər hakim 200-300 işə baxmalı olacaq.
O, belə qərarın dəstəklənməsi və qəbulu üçün hökumətə, parlamentə, ədliyyə nazirliyinə, notarius palatasına minnətdarlığını bildirib. Paylaşıma yazılan şərhlərdə isə xüsusi vurğulanıb ki, Ermənistanda qanunlar işləmir və sözügedən qərar əhalinin vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracaq.
Xəbəri "Hraparak" yayıb.
Nəsib