23.11.2024, 00:23
AZ EN
30.04.2024, 15:06 175

Uşaqlar düzgün tərbiyə olunmurlar

XƏBƏRLƏR
  • Sənətşünas Ani Xudaverdyan "Hraparak" da paylaşılmış məqaləsində belə qənaətə gəlib.

O, yazır ki, uşaqları səhər tezdən uşaq baxçasına, yaxud məktəbə qoyan valideynlər sonra onları aparmağa gələndə döyüldüklərinin şahidi olurlar. Bunun niyə belə olduğunu soruşduqda isə müxtəlif başdansovdu cavablar alırlar. Sənətşünas saha sonra əlavə edib ki, Ermənistan cəmiyyətində təkcə siyasilər, müxtəlif adamlar arasında deyil, uşaqlar arasında da ayrı-seçkilik geniş yayılmaqdadır. Bəzi uşaqlar valideynlərinin puluna, bəziləri cəmiyyətdə tanınmasına, bəziləri isə öz fiziki gücünə arxayın olduqlarından digərlərini incidir, döyürlər. Məktəblərin rəhbərləri isə döyülənlərin valideynlərinə yalanlar uydurmağa məcbur olurlar. Bununla da ölkənin gələcəyi hesab edilənlər indidən bir-birinə qarşı nifrətlə böyüyürlər.

Təki belə olsun!

N.Qaramanlı

Oxşar xəbərlər