20.04.2025, 10:28
AZ EN
23.01.2024, 10:46 344

Qarabağdan köçənlər sərhəddə yaxın kəndlərdə yerləşdirilir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Koryun Simonyan əmək və  sosial məsələlər nazirinin müşaviri Qayane Qaragözyanla müsahibəsində Qarabağdan könüllü köçən ermənilərin harada və necə yerləşdirilməsi məsələsinə aydınlıq gətirməyə çalışıb.

Nazir müşaviri deyib ki, onların yerləşdirilməsi hökumətin əsas qayğılarından birinə çevrilib. 2020-ci il müharibəsinin nəticəsində Ermənistana gələnlərdən 3 min 765 nəfər artıq daşınmaz əmlak sahibi olmaq hüququ qazanıb. Onlara həm də 10 il müddətinə güzəştli kredit ayrılıb.

"Sərhədyanı kəndlərdəki boş evlərə də köçürülmə davam edir", - deyən müşaviri əlavə edib ki, həmin kəndlərdə yaşamaq istəyənlərə də torpaq sahəsi ayrılır, həmçinin ev tikmək üçün vəsait ayrılır.

Xatırladaq ki, Göyçə və Qaraqoyunludakı kəndlərdəki boş evlərdə artıq  minlərlə Qarabağdan köçən erməni məskunlaşdırılıb və bu proses davam edir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər