22.11.2024, 19:59
AZ EN
29.04.2024, 15:59 280

Parlamentdə müzakirə olunub

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, bu gün Ermənistanın baş prokuroru Vartapetyan parlamentin hüquqi dövlət məsələləri komissiyasının üzvləri ilə görüşüb və bir neçə saat davam edən müzakirə nəticəsində müəyyən məsələlərə aydınlıq gətirilib. 

Ayrı-ayrı müxaliflərin həbsi ilə bağlı sualları cavablandıran baş prokuror müxtəlif faktlarla bildirib ki, onlar siyasi fəaliyyətlərinə görə deyil, məhz konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistandakı son olaylarla bağlı fikri soruşulan baş prokuror hakimiyyəti dəstəklədiyini və qanunlara hamının riayət etməyə borclu olduğunu bildirib.

Müxalif deputatlar isə yenə də reallığı əks etdirməyən fikirləri ilə diqqəti cəlb ediblər və baş prokuror onlara qanunları dərindən öyrənməyi tövsiyə edib.

N.Qaramanlı

Oxşar xəbərlər