"Hraparak" xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan işğal olunmuş kəndlərdə qeyri-qanuni məskunlaşmış ermənilərin tələbi ilə onlarla görüşəcəyini vəd etsə də sözündən dönüb.
Mənbə əlavə edib ki, o, yalnız rəhbər şəxslərlə görüşüb problemin həlli üçün müzakirə aparacaq. Bu isə ermənilərin narazılığına səbəb olub və onlar yolu bağlayıblar. Olay yerinə isə polislər yerləşdirilib.