14.03.2025, 11:25
AZ EN
13.01.2025, 14:31 255

Ötən il Ermənistana gələn turistlərin sayında azalma müşahidə olunub

XƏBƏRLƏR
  • 2024-cü ildə Ermənistana gələn turistlərin sayı 2023-cü illə müqayisədə təxminən 7 % azalıb.

Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan ötən ilin yekununu şərh edərkən bildirib.

"2024-cü ilin dekabrında Ermənistana 134 min turist gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2000-3000 turist azdır. Ümumilikdə, 2024-cü ildə ölkəyə 2 milyon 215 min turist gəlib ki, bu da 2023-cü ilin göstəricilərindən 7 % azdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, turist axınının azalması əsasən Rusiyadan gələn turistlərin sayında qeydə alınan azalma ilə bağlıdır. (Report)

Oxşar xəbərlər