22.11.2024, 03:38
AZ EN
17.07.2024, 09:20 217

Ermənistan yiyəsiz qalıb

XƏBƏRLƏR
  • "Hraparak" "Ermənistan yiyəsiz qalıb" başlıqlı məqalədə yazıb ki, yüksək vəzifəlilər məzuniyyətə eyni vaxtda çıxmaqla ölkəni yiyəsiz qoyurlar.

Bildirilir ki, baş nazir Nikol Paşinyan iyulun 15-dən məzuniyyətdədir və avqustun 10-da işə qayıdacaq. Əlavə olunub ki, o, Londondakı  tədbirdə iştirak etdikdən sonra  anadan olduğu Karvansarada və Armavirdə istirahət edəcək. Parlamentin sədri Alen Simonyan isə iyulun 16-dan avqustun 5-dək istirahətdə olacaq və onu öncə vitse spiker Ruben Rubinyan, o da məzuniyyətə getdikdən sonra isə digər müavini Hakop Arşaktan əvəzləyəcək. Xarici işlər naziri Ararat Mirzoyan isə artıq məzuniyyətdədir və işə iyulun 22-də qayıdacaq Agentlik əlavə edib ki, baş nazirin müavini Mher Qriqoryan və maliyyə naziri də hazırda məzuniyyətdədir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR