30.04.2024, 16:38
AZ EN
17.04.2024, 15:56 166

Paşinyan həqiqəti etiraf etməyə məcburdur

XƏBƏRLƏR

"Hraparak" xəbər verib ki, işğal altında olan Əskiparada qanunsuz məskunlaşdırılmış ermənilərlə baş nazir Nikol Paşinyanın görüşü qapalı olub. Öncədən bütün rəsmi vəzifəsi olmayanların və jurnalistlərin mobil telefonları yığışdırılıb ki, həm video çəkiliş, həm də səs yazıları edilməsin. Agentlik öz mənbəyinə istinadən əlavə edib ki, baş nazir sözügedən kəndin Azərbaycanın ərazisi olduğunu təmkinlə xatırladıb və oradakı erməniləri əmin edib ki, Azərbaycanla gəlinən razılığa görə erməni ordusunu sərhədçilər əvəz edəcək, insanların təhlükəsizliyi tam təmin olunacaq. Orada olan müxaliflər isə yenidən aranı qatmağa cəhd ediblər. Baş nazir Nikol Paşinyanın və onu müşayiət edən şəxslərin Əskiparadakı soydaşları ilə görüşdən sonra Tauş vilayətində planlaşdırılmış  görüşünün  də baş tutduğunu bildirən agentlik sabahkı yayımında olayla bağlı digər məqamları da oxuculara çatdıracağını xatırladıb.

N.Qaramanlı

Oxşar xəbərlər