26.07.2025, 04:24
AZ EN
05.04.2024, 13:48 303

Paşinyanın reytinqi 8 faizə düşüb

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Sona Adamyan bu günkü məqaləsini "80 faizlə baş nazir oldu, indi 8 faiz toplayır" başlığı ilə başlayıb.

O, "GALLUR İnternational Associatlon"un martın 27-29-da apardığı rəy sorğusunun nəticələrini təhlil edib və göstərib ki, sosioloq Gevork Poğosyan baş nazir Nikol Paşinyanın reytinqinin 3 ay öncəki 15 faizdən 8 faizə enməsinin səbəbini əhalinin savadsızlığında axtarmaq lazımdır. Bu daha sonra izah edib ki, sorğu zamanı Paşinyanın əleyhinə rəy bildirənlərin əksəriyyəti sadəcə kimə isə xoş gəlmək istəyənlərdir. Həqiqətdə isə onlar müxalifəti deyil, hakimiyyəti dəstəkləyirlər.

Ölkədə Rusiya əleyhinə çıxışların da artdığını diqqətə çatdıran müxbir Qərbə inteqrasiyanın təşəbbüskarı olan Paşinyanın reytinqinin yalnız əhalinin rifah halının yüksəlməsi fonunda dəyişəcəyini vurğulayıb.

Ümumiyyətlə isə, məqalədə görünən odur ki, hayları mənəvi dəyərlər yox, yalnız öz mədələri düşündürür.

N.Qaramanlı

Oxşar xəbərlər