20.09.2024, 08:14
AZ EN
03.04.2024, 12:19 204

Paşinyan qisas alır

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, baş nazir Nikol Paşinyan 2019-cu ildəki  küçə aksiyaları zamanı - 2018-ci il aprelin 22-də Nikol Paşinyan polislərin quraşdırdığı maneədən aşmaq istəyərkən polis rəisinin müavini Levon Eranosyan onun qolundan tutaraq intizama dəvət edib. Onunla mübahisə edən Paşinyan bununla razılaşmayıb və maneəni aşıb. O, hakimiyyəti ələ aldıqdan sonra isə həmin polis vəzifəsindən uzaqlaşdırılıb. Bu günlərdə isə respublika prokurorluğu onun barəsində "vəzifə səlahiyyətlərini aşmaqla vətəndaşa bədən xəsarəti yetirmək" maddəsi ilə cinayət işi başlayıb. Təqsirləndirilən şəxsin vəkili  nə özünün, nədə müdafiə etdiyi şəxsin bu maddə ilə razılaşmadığını bildirsə də prokuror öz məruzəsində sabiq polisin 11 il müddətinə həbs olunmasını istəyib.

Həm vəkil, həm də "Hraparak" iddia edir ki, bu məhkəmə də baş nazirin sifarişi ilə başlayıb və məqsəd  qisas almaqdır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR