"Hraparak" korrupsiyaya görə məhbus həyatı yaşayan, amma özünü siyasi məhbus hesab edən Vazgen Sağatelyanın "Armavir" həbsxanasından ermənilərə ünvanladığı müraciətin tam mətnini paylaşıb. V.Sağatelyan yazır ki, 2019-cu ildə baş naziri kəskin tənqid edib və göstərib ki, belə davam edərsə, ölkə iqtisadi bataqlığa düşəcək. Amma xalq ona inanmaqda davam etdi və nəticədə həm "arsax" itirildi, həm də ciddi iqtisadi-siyasi böhrandan çıxış yolları tam bağlandı. Baş naziri "Tik tok" aludəçiliyində suçlayan məhbus ona "güləyən kapitulyant" ləqəbinin verilməsinin daha düzgün olduğunu da qeyd edir. "Nikol bizi susdurmağı və vətənimizi itirməyimizi bacarmayacaq", - deyə bütün erməniləri davamlı etiraz aksiyasına çağırıb.
Xatırladaq ki,Vazgen Sağatelyanın atası 1988-ci ildə yaradılan separatçı-terrorçu "Qarabağ" komitəsinin udaraq heyətinin üzvü və soydaşlarımızın Qərbi Azərbaycandan zorla qovulmasının icraçı rəhbərlərindən olub.
Nəsib Qaramanlı