16.04.2025, 07:44
AZ EN
19.03.2024, 10:33 352

Qarabağdan köçən haylar mitinq keçirəcəklər

XƏBƏRLƏR

"Hraparak" xəbər verib ki, sabah - martın 20-də özünü "vətən partiyasının" bölməsi adlandıran fəallar martın 20-də İrəvandakı Opera meydanında etiraz aksiyası keçirməkdə israrlıdır. Özünü separatçı rejimin sabiq "dövlət naziri" adlandıran Artaq Beqlaryan jurnalistlərə bildirib ki, aksiyada məqsəd Qarabağdan gələn hayların hüquqlarının qorunması və onların humanitar ehtiyaclarının ödənilməsinin normal səviyyədə təmin edilməsinə nail olmaqdır. O, əlavə edib ki, Ermənistan hökumətinin nümayəndələri "qaçqınların" aksiyaya qoşulmaması üçün müəyyən tədbirlər ələ almağa cəhd etsə də, mitinq baş tutacaq və hakimiyyətin istefası tələb olunmayacaq.

"Hraparak"ın müxbiri isə bu fikirdədir ki, müxalifət sabah keçirilməsi nəzərdə tutulan aksiyanı məhz hakimiyyətin istefasının tələb edilməsinə istiqamətləndirmək cəhdi edəcək.

N.Qaramanlı

Oxşar xəbərlər