22.11.2024, 15:16
AZ EN
18.03.2024, 10:53 282

Matenadaran söküləcək?

XƏBƏRLƏR

"Növbədə Matenadarandır. Ermənistana və erməni xalqına qarşı total müharibə yeni mərhələyə qədəm qoyur. Baş nazir deyir ki, İrəvanda heç bir ali təhsil müəssisəsi olmayacaq...

1915-ci ildən bəri erməni xalqının ziyalı təbəqəsi məhv edilir. İndi də elədir. Ölkənin paytaxtında ali məktəblər bağlanılır. 3 ildə Şurnuxda 20 ev tikə bilməyən hakimiyyət "akademiya şəhəri" sala bilərmi?" -deyən Vahe Hovhannisyan "Hraparak" bu günkü sayında yayılmış "Növbədə Matenadarandır" başlıqlı məqaləsində son 4-5 ildə hakimiyyətin ali məktəblərin paytaxtdan uzaq yerdə bir "akademik şəhər"də birləşməsi barədə çıxışları ilə barışmadığına diqqət çəkib və əlavə edib ki, "Avropanın hansı paytaxtında ali məktəblər yoxdur ki, İrəvanda da olmasın. Parisdəmi, Romadamı, Moskvadamı, Londondamı, Vyanadamı yoxdur?...

Hakimiyyət özünün süqutu üçün özü sosial sifariş verir? Axı ındiki ağır iqtisadi böhranda geniş miqyaslı iş mümkün deyil", - deyə iqtidarın fəaliyyətini tənqid edən politoloq rişxəndlə onu da vurğulayır ki, paytaxtda teatrlar, konsert salonları və digər  mədəniyyət ocaqları, kilsələr də olmasa iqtidarın siyasətinə tam uyğundur: deyəcək ki, İrəvanda olmadığına görə bölgədə "mənəvi şəhər" salırıq.

Xatırladaq ki, Paşinyan və komandası bütün ali məktəblərin İrəvandan bölgəyə köçürülərək  vahid "akademik şəhər"  layihəsi hazırlayıb və bu cəmiyyətdə birmənalı qarşılanmayıb.

N.Qaramanlı

Oxşar xəbərlər