21.11.2024, 20:11
AZ EN
12.03.2024, 12:43 324

Haylar yeni böhtan mövzusu tapıblar

XƏBƏRLƏR

Azərbaycan televiziyasının Bakıda təcridxanada saxlanılan separatçı başçılarından olan Levon Mnasakanyandan müsahibə alması Ermənistanda yeni böhtan mövzusuna çevrilib. "Hraparak"ın bu günkü sayında "Biz varıq" adlanan yeni birliyin təşəbbüs qrupunun bəyanatı yayılıb. Sözügedən olayı ermənisayağı həyasızlıqla şərh edən təşəbbüs qrupu bunu insan haqlarının pozulması kimi qələmə verərək BMT, ATƏT, Aİ AŞPA və digər beynəlxalq təşkilatlara müraciət edərək müsahibənin göstərilməsinin qarşısını almağa çağırıb. Azərbaycana qarşı böhtan və siyasi  təhqirlə dolu olan həmin bəyanatdakı məqsəd isə aydındır: haylar istəmirlər ki, bir zamanlar beynəlxalq aləmə qəhrəman kimi sırımaq istədikləri "general"ın hansı sirrləri açdığını əyani görsünlər və utansınlar.

Nəsib Qaramanlı

Oxşar xəbərlər