O, yazıb ki, Rusiyadan heç bir kömək almayan Ermənistan Qafqazdakı gərginlik şəraitində öz mövcudluğunu saxlamaq üçün müxtəlif siyasi variantlar axtarmaqdadır. Daha sonra bildirilir ki, Paşinyan və komandası ABŞ və Qərblə əməkdaşlığı genişləndirməklə Rusiyanın İrəvana olan münasibətinin istiləşməsini istəyir. Amma həm də Ukraynadakı müharibə buna maneə olur. Rusiyanın indi NATO-nun Şərqə doğru genişlənməsinə maneə olmaq istədiyi üçün digər məsələlərdə fəallıq göstərə bilmədiyini qeyd edən iranlı ekspert sonda belə bir təklif irəli sürür ki, Ermənistan nə Qərbə, nə də Rusiyaya deyil, məhz İrana güvənməlidir.
Gülməli deyilmi?
N.Qaramanlı