20.10.2024, 01:46
AZ EN
06.03.2024, 17:24 224

Erməni ərəbə "Quran" kitabı bağışlayıb

XƏBƏRLƏR

Dünəndən Misirdə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra görüşlər keçirib və təbii ki, erməni bicliyi karına gəlib. Bu gün isə etməni mətbuatı belə bir xəbər yayıb ki, o, Əl-Əzharın baş imamı, şeyx Əhməd Mühəmməd Al-Salib ilə görüşüb. Erməni baş nazir deyib ki, guya haylar hər bir dinə hörmətlə yanaşır, amma bəzi ölkələrdə haylar sıxışdırılır. Bu ifadə isə şübhəsiz, Azərbaycan və Türkiyənin ünvanına deyilib. Misirdə ermənilərin rahat yaşadıqlarını, onların şikayəti olmadığını vurğulayan erməni baş nazir həmin şeyxə 1719-cu ildə hazırlanmış və indiyədək Matenadaranda saxlanılan "Quran" kitabını bağışlayıb.

Şeyx ona təşəkkür edib və Matenadaranda ərəb dilində digər kitabların da olduğundan və onların mühafizə edilməsindən xəbəri olduğunu bildirib. Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, Şeyx Misirdəki hayların bundan sonra da qayğı ilə əhatə olacaqlarını bildirib.

Məncə, şərhə ehtiyac yoxdur. Amma bir tarixi həqiqəti yada salmaq kifayətdir ki, xaç yürüşlərində ermənilər həmişə bələdçilik və cəsusluq edib.

N.Qaramanlı

Oxşar xəbərlər