Bunu həmin ölkənin maliyyə naziri Vaqe Ovannisyan bildirib.
"Azərbaycandan dizel yanacağı idxalı Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Bu, maye qazın mümkün idxalına da aiddir", - o deyib.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının birinci partiyası (1 220 ton "Aİ-95" markalı benzin) Ermənistana 2025-ci ilin dekabrında tədarük edilib.
Neft məhsullarının ikinci partiyasının həcmi 2 698 ton təşkil edib. Yanvarın 11-də isə Azərbaycandan Ermənistana 979 ton avtomobil yanacağı göndərilib. (Report)