"Hraparak"ın müxbiri Sona Adamyan yazıb ki, təhsil, elm, mədəniyyət və idman nazirliyinin 2-ci, 3-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 10-cu siniflərin humanitar fənnlər üzrə dərsliklərinin dövlət sifarişinə əsasən hazırlanması üçün elan edilən müsabiqə aprelin 3-də və 5-də yekunlaşacaq. Bundan sonra isə ekspertiza işlərinə başlanılacaq. Müəllif əlavə edib ki, belə müsabiqə ilk dəfədir ki, keçirilir. Məqsəd isə dərslikləri daha keyfiyyətli etmək və şagirdlər tərəfindən asan mənimsənilməsinə nail olmaqdır.
Nazirliyin ümumtəhsil baş idarəsinin rəisi Tamara Sarkisyan müxbirə deyib ki, bütün proses dəyişib. Müvafiq mütəxəssis komissiyaları dərslikləri yeni dövrün çağırışlarına uyğunlaşdırmağa məşğuldurlar və hələ ki, elə də ciddi problem yaranmayıb. "Əgər indiki müsabiqədə müsbət nəticə alınmasa onun müddəti daha 7 ay uzadılacaq" - deyə o, həm də xatırladıb ki, 7-ci sinif üçün tarix dərsliyi ilə bağlı narazılığın əsas səbəbi də məhz bəzi mövzuların ekspertiza rəyi olmadan dərsliyə daxil edilməsidir.
Yenidən xatırladaq ki, həmin dərsliklə bağlı sentyabrdan indiyədək çoxsaylı etiraz aksiyası keçirilərək nazirin istefası tələb edilib.
Aydındır ki, ermənilər tarixi həqiqətin saxtalaşdırılmasına öyrəncəli olduqlarına görə sözügedən dərslikdəki düzəlişləri qəbul etmək istəmirlər.
N.Qaramanlı