Bu il martın 2-də isə xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forumda bu əlamətdar gün barədə xatırladıb. Amma nə baş nazir Nikol Paşinyan, nə prezident Vahaqn Xaçaturyan, nə də spiker Alen Simonyan bu əlamətdar günlə bağlı xalqa heç bir xatırlatma da etməyiblər. Halbuki, məsələn, 2019-cu ildə Zohrab Mnatsakanyan xarici işlər naziri olanda baş nazir Nikol Paşinyanın iştirakı ilə geniş bayram tədbiri keçirilmişdir. Baş nazir öz çıxışında Ermənistan diplomatiyasının uğurlu fəaliyyət göstərməsi və bunun daha da təkmilləşdirilməsi barədə xeyli danışmışdı.
O, həm də səfirləri mükafatlandırmış və demişdi ki, bu gün biz çətin durumdayıq, təhlükəsizliyi, suverenliyi qorumaq üçün müxtəlif çağırışlar var, ona görə də indi daha səmərəli fəaliyyət tələb olunur.
Bu il isə Asiya gününün hətta xatırlanmamasını Qarabağdakı lokal antiterror əməliyyatı ilə bağlayan agentlik əlavə edib ki, Ermənistanın bundan sonra da yürütdüyü siyasət yalnız mənfi sonluqları ilə yadda qalacaq.
Təki belə olsun!
Nəsib Qaramanlı