22.11.2024, 00:51
AZ EN
01.03.2024, 11:52 166

Belarus prezidentinin müraciəti hayları qıcıqlandırlb

XƏBƏRLƏR

"Hraparak" televiziyasının aparıcısı Hayka Aloyanın siyasi şərhçi Sergey Melkonyanla müsahibəsində Belarus prezidenti A.Lukaşenkonun erməni siyasilərinə etdiyi müraciətə münasibət açıqlanıb. Siyasi şərhçi kinayə ilə bildirib ki, A.Lukaşenko ölkə başçısından daha çox Moskvanın sözçüsü kimi çıxış edir. Erməni siyasətində isə onun müraciəti birmənalı olaraq mənfi qarşılanıb. A.Lukaşenkonun dediyi "Fransa Ermənistanı çiyninə almayacaq" sözlərini təhqir kimi qəbul edən S.Melkonyan erməni sayağı həyasızlıqla əlavə edib ki, onların heç kəsin "dərsinə" ehtiyacı yoxdur. Bu isə, əlbəttə, o deməkdir ki, haylar Fransaya güvənməklə Rusiyadan qopmaq siyasətini davam etdirməkdə israrlıdırlar. Qərbin, o cümlədən Fransanın Ukraynaya böyük dəstək verdiyini diqqətə çatdıran siyasi şərhçi əminliklə vurğulayıb ki, həmin qüvvələr yeri gələndə Ermənistanın maraqları və təhlükəsizliyi üçün lazımı işlər görəcəklər. Görünür, ermənilər milli mentalitetlərindəki başqasının oyuncağı olmaq vərdişindən əl çəkmək fikrində deyillər. Bu isə onların başına yeni bəla gətirəcəkdir.

N.Qaramanlı

Oxşar xəbərlər