Fransanın “La Croix” nəşri Fransanın Ermənistana silah-sursat və hərbi texnika verməsinə, Parislə İrəvanın birgə hərbi təlimlər keçirmək istəməsinə münasibət açıqlayıb. Nəşr yazır ki, bir sıra ekspertlər bunun Gürcüstan tərəfindən də narazılıqla qarşılandığını vurğulayırlar. Gürcüstanın siyasi mətbəxindən bildiriblər ki, Fransa Azərbaycanın guya Ermənistana hücum edəcəyinə görə belə addım atdığını bildirsə də, bu reallığa uyğun deyil və belə açıqlamalar Güney Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu məsələdə Gürcüstanla Moskvanın mövqeyinin oxşar olduğunu diqqətə çatdıran nəşr əlavə edib ki, bəzi rus ekspertlər də bildirirlər ki, erməni-fransız münasibətlərində Makronun özünün maraqları var və bu ermənilərə heç bir fayda verməyəcək, əksinə bölgədə sabitlik pozulacaq və Ermənistan çıxılmaz vəziyyətə düşəcəkdir.
Belə görünür ki, ermənilərin oyuncaq olduqlarını Fransadakı bəzi ekspertlər də artıq dərk etməyə başlayıblar. Rusiya tərəfindən səsləndirilmiş və Gürcüstanın da dəstəklədiyi "Makron daha çox erməni xislətlidir, nəinki Ermənistan hakimiyyəti" fikri isə, əlbəttə, günümüzün reallığıdır.
N.Qaramanlı