Bu barədə “Qazprom-Armeniya” QSC məlumat yayıb.
"Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax-Saquramo" sahəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda bildirilir.
Şirkət qeyd edir ki, bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan təchiz olunan əlavə təbii qaz həcmləri hesabına fasiləsiz və etibarlı şəkildə təmin olunacaq. (Trend)