"Hraparak" xəbər verir ki, Ermənistanın konstitusiyasında dəyişikliklər edilməsi üçün hökumət qərarından sonra müəyyən işlər aparılmaqdadır. Bu gün isə Ədliyyə nazirliyində konsititusiya şurasının və yeni yaradılmış komissiyanın birgə iclası olub. Şuranın üzvü Vigen Koçaryan səsverməyə çıxarılacaq dəyişiklər barədə məlumat verdikdən sonra fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, layihə üzərində iş davam etdirilsin və növbəti iclasda baş nazir N.Paşinyanın da iştirakı üçün ona məktub ünvanlanıb.
Xatırladaq ki, Ermənistanın indiki konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası təsbit olunub və bu aradan qaldırılmasa bölgədə davamlı sülhün təmin edilməsinin mümkünsüzlüyü dəfələrlə vurğulanıb. Ermənistan müxalifəti isə həm konstitusiya dəyişikliyinin, həm də sülhün əleyhinə aksiyalar keçirir.
N.Qaramanlı