05.02.2025, 14:59
AZ EN
19.02.2024, 09:08 318

Paşinyan bəhanələri artırır

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya üç günlük rəsmi səfərində Münhen təhlükəsizlik sammitində Azərbaycan əleyhinə növbəti böhtan və yalanlarını davam etdirib.

"Hraparak" yazır ki, o kansler Şotlsla və digər rəsmilərlə söhbətində Ermənistanın guya, sülh tərəfdarı olduğunu bəyan edib. Amma onun dedikləri reallıqla tərs mütənasibdir. Münhen və ətraf bölgələrdəki erməni diasporu ilə görüşündə də ənənəvi yalan ssenarisi ilə çıxış edən baş nazir Qərbdəki diasporun Rusiyaya mənfi, Ukraynaya isə müsbət münasibətini yaxşı bildiyindən onların marağına uyğun fikirlər səsləndirib. Deyib ki, Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil və imkan düşdükcə o, Ukraynaya humanitar yardım da göstərir.

Azərbaycanla sülh müqaviləsi barədə danışıqlar getdiyini və bu məsələdə də milli maraqların təmin ediləcəyini bildirən N.Paşinyan bəzən elə ifadələr işlədib ki, sanki Ermənistan məğlub olan tərəf deyil.

Konstitusiyada edilməsi nəzərdə tutulmuş dəyişikliklərin isə əhalinin səsi ilə müəyyən ediləcəyini diqqətə çatdıran erməni baş nazirin Qarabağdan könüllü köçən ermənilərə diaspor tərəfindən yardım olunmasının gərəkliyi barədə fikirləri isə birmənalı qarşılanmayıb. Belə ki, diasporun bəzi nümayəndələri separatçı rejimin artıq mövcud olmadığını vurğulayaraq yardım marafonunu davam etdirmək istəmədiklərini açıqlayıb. Paşinyan isə bunun vacibliyi üçün müxtəlif bəhanələr gətirib.

Görünən həm də odur ki, ermənilər harada olsalar da Azərbaycan əleyhinə qiybətdən və mental dilənçilikdən əl çəkmirlər.

N.Qaramanlı

Oxşar xəbərlər