20.10.2024, 09:46
AZ EN
20.12.2023, 13:00 213

Qəssabxanalarda narkotik də satılır

XƏBƏRLƏR

"Hraparak"ın bu günkü yayımında "2023-cü ildə 3 nəfər istintaq pəncərəsindən özünü atıb" başlıqlı məqalədə göstərilir ki, İrandan gizli yollarla gətirilən narkotik vasitələr təkcə gecə barlarında, ayrı-ayrı yerlərdə deyil, həm də ət mağazalarında satılır. Bu il aprelin 27-də Vedinin Hovtaşen kənd sakini, 62 yaşlı qəssab Misak Poğosyan da məhz həmin iş üzrə Artaşatdakı istintaq idarəsində dindirilərkən qəflətən pəncərəyə tərəf qaçıb və özünü oradan yerə ataraq ölüb. Buna qədərsə o, narkoticarətlə məşğul olduğu üçün həbsxana həyatı yaşayıbmış. Onun vəkili intiharla bağlı sualı cavablandırarkən deyib ki, bu işdə istintaqçılar özünəqəsd etməyə şərait yaratmaq maddəsi ilə məsuliyyət daşıyırlar.

Nəşr daha sonra xatırladır ki, cari il dekabrın 12-də Rusiya vətəndaşı, 19 yaşlı Yulya Maksimovskaya küçədə xuliqanlıq edərkən saxlanılıb və istintaq hərəkətləri aparılarkən o da özünü pəncərədən çölə atıb. "İyulun 20-də isə daha bir Rusiya vətəndaşı analoji addım ataraq intihar etmişdi", - deyə agentlik İranla sərhəddə nəzarətin gücləndirilməsi nəticəsində Ermənistanda narkotik qaçaqmalçılığının qarşısının alınacağı qənaətinə gəlir.

N.Qaramanlı

Oxşar xəbərlər