"Hraparak" xəbər verir ki, İrəvanın Erebuni rayonunun Norareş 34 ünvanında partlayış olub və xeyli adam dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər gəlsə də onların heç biri hələ də xilas edilməyib. İlkin məlumata görə partlayışa səbəb lavaş sexindəki qazla işləyən soba olub. İrəvan bələdiyyəsinin üzvü Ani Xaçatryan jurnalistlərə bildirib ki, dağıntı altından adamların səsləri eşidilir. Neçə nəfərin sağ qaldığı, neçəsinin isə öldüyü dağıntılar təmizləndikdən sonra məlum olacaq.
Xatırladaq ki, Bakıda yanğın olanda erməni mediası sevindikləri barədə də xəbər paylaşmışdı.
İndi isə göz yaşları tökürlər.
Nəsib