21.11.2024, 22:53
AZ EN
01.02.2024, 14:07 277

Ermənistanın dövlət himni dəyişəcək?

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Sona Adamyan parlamentin sədri Alen Simonyanın konstitusiya ilə yanaşı dövlət himninin də dəyişəcəyi ilə bağlı açıqlamasına cəmiyyətdə müxtəlif rəylər olduğunu diqqətə çatdırıb. O, bu məsələ ilə bağlı siyasətçilərdən daha çox mədəniyyət işçilərinin fikir bildirməli olduğunu önə çəkərək Komitasşünas Artur Şahnazaryanla söhbətini qələmə alıb. A.Şahnazaryan deyib ki, hakimiyyət dövlət himninin də  dəyişdirilməsinin vacibliyini bildirməklə guya islahatlar aparılmasına çalışdığını nümayiş etdirmək istəyir. "İndi bizə ən vacib olan mədəniyyət və mədəni irsin qorunmasıdır", - deyən mədəniyyət xadimi gələcəkdə qəbul edilən himnin musiqisinin əhalidə heç də xoş əhval-ruhiyyə yaratmayacağı qənaətində olduğunu da deyib. Əlavə edib ki, himninin sözləri də çox şeyi həll edir. Ona görə də himn üçün elə mətn və musiqi yazılmalıdır ki, hakimiyyətlər dəyişsə də himn toxunulmaz qalsın.

Ermənilərin himnlərini nə vaxt və hansı mətnlə, musiqi ilə əvəz edəcəkləri məlum olmasa da həqiqət budur ki, ulağın planı hər gün  dəyişdirilsə də xasiyyəti dəyişməz qalır.

N.Qaramanlı

Oxşar xəbərlər