Baş nazir bu barədə hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
“İctimaiyyətə komandamızla müzakirə etdiyimiz qərar barəsində məliumat vermək istəyirəm. Bu gün mən Baş nazir vəzifəsini tərk edirəm”, - Qaribaşvili deyib.
Qeyd edək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilini əvəz edərək Baş nazir postunu tutub. 2015-ci ildə vəzifəsindən istefa verən Qaribaşvili 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri təyin edilib.
Xatırladaq ki, bu gün Gürcüstanın KİV-də Baş nazir İrakli Qaribaşvili ilə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin bir-birini əvəz edəcəyi ilə bağlı məlumat yayılıb. (APA)