20.09.2024, 00:12
AZ EN
24.01.2024, 09:49 313

Erməni deputat ikibaşlı danışır

XƏBƏRLƏR
  • Hazırda Ermənistanın siyasi gündəmində öndə duran məsələlərdən biri konstitusiya ilə bağlıdır.

Bir neçə illik sükutdan sonra, nəhayət, konstitusiyada dəyişiklik edilməsi qərara alınıb. Parlamentdəki "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Hovik Ağazaryanla "Hraparak"ın müxbiri Lusine Şahverdiyanın müsahibəsi də məhz konstitusiyada ediləcək dəyişikliklər barədədir. Deputat açıq mətnlə bildirib ki, bu dəyişiklik Türkiyə və Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlərə görə edilir. Müxbirin bir dövlətin digəri qarşısında tələb irəli sürməsini düzgün hesab etmədiyini bildirməsinə cavab olaraq deputat vurğulayıb ki, əslində bu kiminsə tələbi ilə nəzərdə tutulan referendum olmayacaq. Bu islahatlar ölkənin idarə edilməsi və beynəlxalq münasibətlər sahəsində müsbət rol oynayacaq. 1989-cu ildə Ermənistan SSR ali sovetinin artıq mövcud olmayan DQMV-ı öz tərkibinə qaldığı barədə qərarın hələ də ləğv edilmədiyini və edilməyəcəyini xatırladan deputat daha sonra əlavə edib ki, bununlada gələcək nəsillər indiki hakimiyyəti qınamayacaq. Deputatın sətiraltı sözlərindən belə çıxır ki, Ermənistan çoxdan tarixin zibilliyə atılmış "DQMV" məsələsini nə vaxtsa gündəmə gətirəcəkdir.

Deputat Hindistandan gələn və Ermənistanda vətəndaşlıq alan, yaxud buna hazırlaşanların öz ölkələrinə nə vaxt qayıdacaqları barədə sualı da ikibaşlı cavablandırıb. Deyib ki, Ermənistan hindlərin deyil, yezidi kürdlərin də vətənidir. Hindlilər isə 5 yüz ildən sonra öz vətənlərinə qayıdacaqlar. Qəribə cavabdır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR