20.09.2024, 07:44
AZ EN
22.01.2024, 13:24 279

Azərbaycan istədiyinə nail olacaq

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü sayında Ermənistan parlamentinin "Şərəfim var" müxalif fraksiyalarının katibi Tiqran Abrahamyanın FB səhifəsindəki yazısını da yayımlayıb.

Qeyd olunub ki, separatçı rejimin rəhbərliyi hazırda Bakıda həbsdədir. Azərbaycan Prezidenti isə bunu tam hesab etmir və Koçaryanla Sarkisyanın da həbs olunaraq Bakıya gətirilməsini istəyir. Cənab İlham Əliyevin Qarabağın azad edilməsini tam qələbə hesab etmədiyi qənaətinə gələn erməni deputat təkrar vurğulayır ki, Prezident İ.Əliyev üçün qələbə tam yekunlaşmayıb. O, yeni qələbələr iqtidarındadır və istədiyinə nail olacaq. Ermənistan hakimiyyəti isə öz uğursuzluqların davam etdirəcək və nəticədə Əliyevin qələbələri daha da artacaq. "Erməni xalqının itkilərinin əsas səbəbi məhz öz hakimiyyətidir", - deyən müxalif deputat həbsdəki separatçı rəhbərlərin buraxılsa da onların Ermənistan üçün gərəkli olmayacağını da diqqətə çatdırıb.

Bəli, Azərbaycan öz istəyinə bundan sonra da nail olacaq. Ermənistan isə beynəlxalq təşkilatların qapıları önündə nə qədər boynu bükülü qalsa da sonu yenə faciə olacaqdır. Çünki ermənilər özləri demiş, harda hay, orda vay!

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR