Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin terrorla mübarizəsi də bu kursun əsas tərkib hissəsidir.
H.Fidan söyləyib ki, son terrorçu məhv edilənə qədər Türkiyənin mübarizəsi davam edəcək: "Terrorçular artıq Türkiyə üçün o qədər də ciddi təhdid yaratmırlar. Onlar daha çox Suriya və İraqın təhlükəsizliyinə təhdiddirlər. Terrorçular üçüncü güclərin dəstəyi ilə mövcudluqlarını davam etdirirlər".
Nazir diqqətə çatdırıb ki, terrorla mübarizə uğurla davam edir: "Əməliyyatlar nəticəsində terrorçuların "rəhbərləri" öldürülür". (Report)