02.08.2025, 02:49
AZ EN
14.01.2024, 13:57 313

Gürcü politoloq: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək

XƏBƏRLƏR
  • "Düşünürəm ki, fevral və ya martın əvvəllərində biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq".

Bunu gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.

"Sülh müqaviləsinin imzalanması prosesində ciddi irəlləyişlər var. Bu müqavilə nəinki regionun təhlükəsizliyi üçün vacibdir, eləcə də qlobal təhlükəsizlik sistemini inkişaf etdirəcək", - V.Maysaya bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan yeni ağlllı güc tətbiqini nümayiş etdirir:

"Burada həm ağıl, həm də lazım gəldikdə güc tətbiq olunur. Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında rolu çox böyükdür". (Report)

Oxşar xəbərlər